Moskvada “Rusiya-Azərbaycan münasibətləri: “XX əsrin sonu-XXI əsrin əvvəlləri” adlı kitabın təqdimatı keçirilib

Moskvada “Rusiya-Azərbaycan münasibətləri: “XX əsrin sonu-XXI əsrin əvvəlləri” adlı kitabın təqdimatı keçirilib
# 17 aprel 2012 13:24 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskvada Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovarın “Rusiya-Azərbaycan münasibətləri: XX əsrin sonu-XXI əsrin əvvəlləri” adlı kitabının təqdimat mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, təqdimat mərasimində Rusiya və Azərbaycan elmi ictimaiyyəti, Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Yefim Pivovar Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 20 il keçdiyini xatırladıb: “Bu kitabda iki suveren ölkənin müasir tarixinin bir hissəsi əks olunub. Rəmzi olaraq kitab diplomatik əlaqələrin qurulduğu tarixdə, aprelin 4-də işıq üzü görüb. Bu 20 il ərzində dünya arenasında əhəmiyyətli dəyişikliklər baş verib. Azərbaycanın uğurlu xarici siyasəti ölkənin dünya arenasında layiqi yer qazanmasına imkan verib”.

“Ali İqtisadiyyat Məktəbi” Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Andrey Xazin kitabın zəngin material toplusu olduğunu, həm tələbələr, həm tarixçilər, həm də analitiklər üçün maraq doğurduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR