Azərbaycan XİN: “Avropa Parlamenti Ramil Səfərovla bağlı sənədi problemin kökünü öyrənmədən, tələm-tələsik qəbul edib”
14 sentyabr 2012 10:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsi tələm-tələsik qəbul olunub və siyasi xarakter daşıyır”. APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbiat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında belə deyib.
O Avropa Parlamenti deputatlarının erməni diasporunun təsirinə düşməsindən təəssüfləndiyini bildirib: “Ramil Səfərov məsələsi Azərbaycan üçün qapanıb. Azərbaycan və Macarıstan qanun çərçivəsində hərəkət ediblər. Bu məsələnin müzakirəsi zamanı Azərbaycan torpaqlarının işğalı faktını da nəzərə almaq lazımdır. Avropa Parlamentinin deputatları bu sənədi problemin kökünü öyrənmədən, tələm-tələsik qəbul ediblər”.
Qeyd edək ki, Avropa Parlamentinin sentyabrın 13-də Strasburqda keçirilən plenar iclasında zabit Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv edilməsi məsələsi müzakirə olunub.
Qətnamədə deputatlar bu məsələnin Azərbaycanla Ermənistan arasında münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxara və Dağlıq Qarabağ sülh prosesini təhlükə altına qoya biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Onlar Avropa Birliyini Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha aktiv rol oynamağa çağırıblar.

Xarici siyasət
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində olub
18:30
2 may 2024
Ceyhun Bayramov ASEAN Parlament Assambleyasının baş katibi ilə görüşüb
17:52
2 may 2024
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:42
2 may 2024
VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub
17:12
2 may 2024