Musiqili Komediya Teatrı Afaq Bəşirqızının səhhətinin tamaşa zamanı pisləşməsi xəbərini təkzib edib

Musiqili Komediya Teatrı Afaq Bəşirqızının səhhətinin tamaşa zamanı pisləşməsi xəbərini təkzib edib
# 24 sentyabr 2012 13:07 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Ötən gün tamaşa zamanı halı pisləşən xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı özünü yaxşı hiss edir. APA-nın məlumatına görə, teatrın mətbuat xidmətindən bildirilib ki, Afaq Bəşirqızı sentyabrın 23-də S. Fərəcov və Ə. Əmirlinin “Yeddi məhbusə anası” tamaşasının nümayişindən sonra özünü narahat hiss edib və bu səbəbdən Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Aktrisaya ürək-damar çatışmazlığı diaqnozu qoyulub. Hazırda aktrisa özünü yaxşı hiss edir və müəyyən müddət həkim nəzarətində olacaq. Teatrın direktoru Əliqismət Lalayev qeyd edib ki, bəzi məlumatlarda tamaşa zamanı Afaq xanımın halının pisləşməsi və hətta bu səbəbdən tamaşada fasilənin yarandığı bildirilir: “Bu, həqiqətə uyğun deyil. “Yeddi məhbusə anası” iki hissəli komediyadır və şübhəsiz ki, tamaşa fasilə ilə oynanılır. Afaq xanım özünü pis hiss etsə belə, tamaşanı sona kimi yüksək sənətkarlıqla oynayıb, tamaşaçılar ona gül-çiçək dəstələri təqdim edib, hətta səhnədə onunla şəkil də çəkdiriblər. Lakin tamaşadan sonra aktrisanın vəziyyəti dəyişib və bu səbəbdən xəstəxanaya gətirilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR