Pan Gi Mun: “BMT Qarabağ problemi ilə bağlı fəaliyyətini daha da gücləndirməlidir”

Pan Gi Mun: “BMT Qarabağ problemi ilə bağlı fəaliyyətini daha da gücləndirməlidir”
# 15 oktyabr 2012 10:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) saytına həmin görüşdə iştirak etmiş YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev məlumat verib.

Onun sözlərinə görə, BMT-nin baş katibi Pan Gi Mun təşkilatın fəaliyyəti və gələcək planları haqda məlumat verib. Eyni zamanda, İCAPP-ın fəaliyyəti, quruma BMT-də müşahidəçi statusunun verilməsi məsələsi və bu istiqamətdə görülməli işlər müzakirə olunub. Pan Gi Mun qeyd edib ki, bu istiqamətdə İCAPP-a daxil olan ölkələr hökümət səviyyəsində bu məsələyə dəstəyi gücləndirməlidirlər. Eyni zamanda, baş katib Suriyada yaranmış vəziyyət, hazırda dünyada baş verən ekstremizm halları haqda BMT-nin narahatlığını bildirib.

Görüş zamanı A. Hacıyev BMT Baş katibi Pan Gi Muna sualla müraciət edib. O, 1993-cü ildə dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nın Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul etdiyi 4 qətnaməsini xatırladıb və qeyd edib ki, həmin sənədlərin bu günə qədər kağız üzərində qalması Azərbaycan xalqını narahat edir və bölgədə vəziyyəti gərginləşdirərək yeni müharibənin başlanma riskini artırır. Eyni zamanda, YAP-ın nümayəndəsi Baş katibdən ə müraciət edərək deyib ki, BMT-nin qəbul etdiyi qərarların həyata keçirilməsi üçün yeni mexanizmin yaradılması artıq zamanın tələbidir və bu məsələyə münasibət bildirilməsini xahiş edib.

Suala cavab olaraq, Pan Gi Mun Dağlıq Qarabağ probleminə toxunaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətini qeyd edib və etiraf edib ki, bu məsələdə BMT öz fəaliyyətini daha da gücləndirməlidir.

Görüşdə iştrak edən İCAPP-ın qurucularından biri və hal-hazırda onun həmsədri olan Xose de Venezia Azərbaycanın haqlı olduğunu ifadə edərək, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Görüşdə həmçinin, İCAPP-ın digər həmsədri Eu Yong Çunq, təşkilatın xüsusi məruzəçisi Müşahid Hüseyn Səyid (Pakistan) və İCAPP DK-nin üzvləri Şarma Oli (Nepal), Theo Sambuaga (İndoneziya) və Suos Yara (Kamboca) iştirak ediblər.

Xatırladaq ki, İCAPP-a Asiyanın 330 siyasi partiyası, bu qurumu idarə edən Daimi Komitəyə isə 18 siyasi partiyanın nümayəndələri və iki həmsədri daxildir. Yeni Azərbaycan Partiyası təşkilatın Daimi Komitəsinin üzvüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR