® Bakıda «Peugeot» avtomobil salonu açılıb - FOTOSESSİYA

<font color=red>® </font>Bakıda «Peugeot» avtomobil salonu açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 19 sentyabr 2012 07:09 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Babək prospekti,2269 ünvanında açılan avtomobil salonunda «Peugeot»nun son model minik və kommersiya avtomobilləri təqdim olunub. Bu avtomobillərin hər biri özündə «Peugeot» ənənələrini birləşdirir – yüksək keyfiyyət, müasir dizayn, komfort, innovativ texnologiyalar və qənaətlilik.

Yeni salonun açılış mərasimində çıxış edən «Peugeot» avtomobil salonunun direktoru Emil İsmayılov qeyd edib ki, «Auto Azerbaijan» şirkəti «Peugeot» markasını ölkədə təmsil etməkdən çox qürur duyur: «Bununla yanaşı, şirkət bunun böyük məsuliyyət olduğunu da dərk edərək, işini ən yüksək standartlara əsasən həyata keçirməyi hədəfləyir. Məhz bu səbəbdən, «Peugeot» avtomobil salonu yalnız avtomobil satışı üzrə deyil, eyni zamanda, onlar üçün orijinal ehtiyat hissələrinin satışı və ən əsası, servis xidmətinin göstərilməsi üzrə də peşəkar fəaliyyət gerçəkləşdirəcək». E.İsmayılov bunu bariz şəkildə nümayiş etdirmək məqsədilə tədbir iştirakçılarını salonun nəzdində fəaliyyət göstərən Servis Mərkəzi ilə də tanış edib. Burada təchizat müasir şərtlər və «Peugeot» standartlarına əsasən aparılıb və peşəkar ustaların işi ilə dəstəklənib.

Qeyd edək ki, «Peugeot» böyük bir istehsalçı kimi dünyanın iqtisadi müstəvisində XIX əsrin 60-cı illərindən fəaliyyət göstərir. Lakin şirkət üçün ən əlamətdar tarix 1889-cu il sayılmaqdadır. Belə ki, məhz həmin ildə «Peugeot» buxar mühərriki ilə təchiz olunmuş özünün ilk üçtəkərli avtomobilini istehsal edib. Cəmi 1 il sonra isə yenilikçi ruhlu «Peugeot» benzin mühərriki ilə çalışan avtomobilini təqdim edib. XX əsrin əvvəllərindən başlayaraq kütləvi avtomobil istehsalına keçən şirkət, eyni zamanda, ən sürətli yarış avtomobillərinin yaradıcısı kimi də tanınıb. Bu gün «Peugeot»nun arsenalında yüzlərlə mötəbər yarışmanın ən yüksək mükafatları yer almaqdadır. «Peugeot»nun minik avtomobilləri də özlərinin rekordsmen yarışmacı adaşlarından heç də geri qalmayaraq mütəmadi olaraq öz seqmentinin liderləri seçilir. Bu gün dünyada milyonlarla alıcı avtomobil seçimini «Peugeot» keyfiyyətinə güvənərək gerçəkləşdirir.

Xatırladaq ki, «Auto Azerbaijan» şirkəti artıq 16 ildir avtomobil və onların orijinal ehtiyat hissələrinin satışı, habelə, satış sonrası texniki xidmət sahələri üzrə uğurla çalışan və bu sahədə standartlar müəyyən edən bir şirkətdir. Təsadüfi deyil ki, şirkət uzun illər boyu Azərbaycan avtomobil bazarının lideri olaraq qalır. Hazırda «Auto Azerbaijan» ölkədə «Hyundai», «Jeep», «Dodge», «Chrysler» kimi avtomobil modellərini təmsil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR