ASAN-Xidmət mərkəzləri 9 dövlət qurumunun 23 xidmətini özündə birləşdirəcək - FOTO

ASAN-Xidmət mərkəzləri 9 dövlət qurumunun 23 xidmətini özündə birləşdirəcək - <font color=red>FOTO</font>
# 26 sentyabr 2012 10:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Azərbaycanda fəaliyyət göstərəcək ASAN-Xidmət mərkəzləri 9 dövlət qurumunun 23 xidmətini özündə birləşdirəcək. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib.

O qeyd edib ki, mərkəzlərin fəaliyyətinin şəffaflığının qorunması əsas şərtlərdən biri olacaq: “Vətəndaş artıq bir-birindən kilometrlərlə aralı olan dövlət orqanlarına bir bina içərisində baş vura biləcək. Vətəndaşlar mərkəzdə olan informasiya köşkünə yaxınlaşacaq və oradan istənilən dövlət orqanına müraciət etməyi, növbəyə yazılması həyata keçiriləcək”.

İ. Kərimov bildirib ki, ASAN-Xidmət mərkəzlərində vətəndaşla dövlət qulluqçusu arasında heç bir ödəniş həyata keçirilməyəcək və bütün ödənişlər elektron qaydada bank vasitəsilə ödəniləcək. Mərkəzlər həftənin bütün günləri (istirahət günləri də daxil olmaqla) fasiləsiz, saat 20.00-dək fəaliyyət göstərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR