Azərbaycanın milli geyimlərinə həsr olunmuş poçt markaları buraxılıb

Azərbaycanın milli geyimlərinə həsr olunmuş poçt markaları buraxılıb
# 30 oktyabr 2012 08:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti Azərbaycanın milli geyimlərinə həsr olunmuş poçt markalarını dövriyyəyə buraxıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, iki blokdan ibarət olan markalar artıq satışa çıxarılıb. Birinci markanın üzərində Qarabağa məxsus qadın geyimləri, digər markanın üzərində isə Qarabağa xas kişi geyimləri əks olunub. Ümumi tirajı 15 min ədəd olan bu markaların nominal satış qiyməti 0,50 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR