Bakı-Zaqatala-Gürcüstan yolunda avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb - VİDEO

Bakı-Zaqatala-Gürcüstan yolunda avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb - <font color=red>VİDEO</font>
# 15 mart 2012 06:39 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Hadisə bu gün səhər saatlarında Bakı-Zaqatala-Gürcüstan magistral yolunun 102-ci kilometrliyində, Qax rayonu ərazisində qeydə alınıb. Şamaxı rayon sakini, 20 yaşlı Ceyhun Həsənovun idarə etdiyi “Mercedes” markalı, 10 ZR 448 dövlət nömrə nişanlı maşın yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə maşında olan sərnişinlər, Şamaxı rayon sakinləri – 25 yaşlı Cavid Əliyev və 21 yaşlı Emilya Novruzova hadisə yerindəcə dünyasını dəyişib. Avtomobilin sürücüsü isə ağır vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR