Hindistanda avtobus qəzası 27 nəfərin ölməsi ilə nəticələnib

Hindistanda avtobus qəzası 27 nəfərin ölməsi ilə nəticələnib
# 01 avqust 2012 20:51 (UTC +04:00)
Bakı-APA. Hindistanın şimalında avtobus dərəyə yuvarlanıb. Hadisə nəticəsində 27 nəfər ölüb, 25 nəfər isə yaralanıb. Bu barədə Hindistanın fövqəladə vəziyyətlər üzrə Milli mərkəzi məlumat yayıb.

Hadisə Uttarakxand ştatının inzibati mərkəzi olan Dehradun şəhərinin 80 kilometrliyində baş verib. Hadisəyə yol örtüyünün pis vəziyyətdə olmasının səbəb olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR