Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb
01 may 2012 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Binəqədi rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Binəqədi rayonu üzrə sahibkarlıq subyektlərindən müasir quşçuluq, ət kəsimi komplekslərinin tikintisi, müxtəlif çeşidli dekorativ bitkilərin istixana şəraitində yetişdirilməsi, kiçik və orta həcmli un məmulatları istehsalı müəssisələrinin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edir.
«Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər», - deyə Fonddan bildirilib.
Əlaqə telefonu: (+994 12) 434-74-29.

Sahibkarlıq
Aygün Kazımova “Kontakt” mağazasının açılışında çıxış edəcək
09:52
23 may 2024
“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” forumu keçirilib
15:15
22 may 2024
Azərbaycanın təşəbbüsü ilə “Made in Turan” brendi yaradılıb
09:39
22 may 2024
Azərbaycanda xarici investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron qaydada aparılacaq
12:55
21 may 2024