Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şabranda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şabranda dəfn olunub
# 23 may 2024 13:40 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Mirzəyev Rahib Ağaseyid oğlunun qalıqları torpağa tapşırılıb.

APA-nın Şimal bürosu xəbər verir ki, şəhid Rahib Mirzəyevlə doğulduğu Şabran şəhərində vida mərasimi keçirilib.

Şəhidin qalıqları Şabran səhər qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən Rahib Mirzəyevin Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR