Makron təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyada qalmaqda davam edəcəyini açıqlayıb

Fransa Prezidenti Emmanuel Makron

© APA | Fransa Prezidenti Emmanuel Makron

# 23 may 2024 11:29 (UTC +04:00)

Fransa polisi və jandarm qüvvələri lazım olduğu qədər Yeni Kaledoniya ərazisində qalacaq.

APA-nın “France24”ə istinadən məlumatına görə, bunu regiona səfər edən Fransa Prezidenti Emmanuel Makron deyib.

O vurğulayıb ki, yaxın günlərdə regionda təhlükəsizlik qüvvələrinin sayı 3 min nəfərə çatdırılacaq.

Makronun sözlərinə görə, əsas məqsəd bölgədə ictimai asayişin bərpası, xüsusilə də Parisdə keçiriləcək Olimpiya və Paralimpiya oyunları zamanı baş verə biləcək insidentin qarşısını almaqdan ibarətdir. Fransa Prezidenti əlavə edib ki, təhlükəsizlik qüvvələri Olimpiya Oyunları zamanı da Yeni Kaledoniyada qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR