Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb
# 01 may 2012 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Binəqədi rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Binəqədi rayonu üzrə sahibkarlıq subyektlərindən müasir quşçuluq, ət kəsimi komplekslərinin tikintisi, müxtəlif çeşidli dekorativ bitkilərin istixana şəraitində yetişdirilməsi, kiçik və orta həcmli un məmulatları istehsalı müəssisələrinin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edir.
«Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər», - deyə Fonddan bildirilib.
Əlaqə telefonu: (+994 12) 434-74-29.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR