Azərbaycan paytaxtında polis əməkdaşlarına xəsarət yetirilməsi hadisəsi ilə bağlı rəsmi açıqlama yayılıb

Azərbaycan paytaxtında polis əməkdaşlarına xəsarət yetirilməsi hadisəsi ilə bağlı rəsmi açıqlama yayılıb
# 11 fevral 2012 13:33 (UTC +04:00)
Bakı – APA. Bakı Şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu birgə məlumat yayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, açıqlamada deyilir:

“2012-ci il fevralın 8-də saat 21.00 radələrində Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının bir neçə əməkdaşı xidmətdənkənar vaxt metronun “İnşaatçılar” stansiyasının girişində bir qrup gəncin xuliqanlıq hərəkətləri ilə qarşılaşıb. Həmin gənclər onların xuliqanlıq hərəkətlərinin qarşısını alan və intizama dəvət edən polis əməkdaşlarına müqavimət göstərib, nəticədə asayiş keşikçilərindən bir neçəsi bədən xəsarətləri alıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanıb. Fevralın 9-da cinayətin iştirakçılarından üç nəfəri şübhəli şəxs qismində saxlanılıb. İctimai qaydanı kobud şəkildə pozan və hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərinin digər iştirakçılarının müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR