Maliyyə Monitorinq Xidməti təkrar kotirovka sorğusu keçirir

Maliyyə Monitorinq Xidməti təkrar kotirovka sorğusu keçirir
# 28 fevral 2012 12:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA–Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinq Xidmətinin kompyuter şəbəkəsinin beynəlxalq şəbəkəyə çıxışının təminatı üçün keçirilmiş kotirovka sorğusu baş tutmamış hesab edilib. Bunun səbəbi verilmiş təkliflərin sayının az olması ilə bağlıdır.

Xidmətdən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar Maliyyə Monitorinq Xidməti kompyuter şəbəkəsinin beynəlxalq şəbəkəyə çıxışının təminatı üçün yenidən kotirovka sorğusu elan edib.

Maraqlanan şəxslər təklif zərflərini mart aynın 5-dək Maliyyə Monitorinq Xidmətinə təqdim edə bilərlər. Zərflər isə martın 6-da Xidmətin inzibati binasında açılacaq.

Sorğuda iştirak haqqı 30 manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR