Səfər Əbiyev Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşavirini qəbul edib - FOTO

Səfər Əbiyev Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşavirini qəbul edib - <font color=red>FOTO</font>
# 28 fevral 2012 11:41 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nazir Səfər Əbiyev bölgədə hərbi-siyasi duruma da toxunub. Azərbaycan torpaqlarının bu günədək işğal altında qaldığını qonağın diqqətinə çatdıran nazir Minsk Qrupunun fəaliyyətin də konkret nəticə vermədiyindən təəssüfləndiyini bildirib.

Görüş zamanı Yulian Fota Rumıniya və Azərbaycan arasında mövcud strateji əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduqlarını ifadə edib. Qonaq, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti ilə bağlı Azərbaycanın probleminə yaxından bələd olduğunu da vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası prezidentinin müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR