Azad Rəhimov dünya şöhrətli atlet Kolin Ceksonu qəbul edib - FOTO

Azad Rəhimov dünya şöhrətli atlet Kolin Ceksonu qəbul edib - <font color=red>FOTO </font>
# 24 aprel 2012 10:51 (UTC +04:00)
Bakı-APA. Bu gün gənclər və idman naziri Azad Rəhimov dünya şöhrətli atlet Kolin Cekson (Colin Jackson), İngiltərə Futbol Assosiasiyasının sabiq icraçı direktoru, tanınmış idman jurnalisti Devid Devis (David Davies) və “Beynəlxalq İdman Həyəcanı” proqramının regional rəhbəri Elayas Musanqeyi qəbul edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir qonaqların Azərbaycan idmanına, xüsusən paralimpiyaçılara olan diqqətinin önəmindən danışıb. Azad Rəhimov Azərbaycan idmanında qazanılan qələbələr, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi qayğı, 2012-ci ilin ölkə başçısının sərəncamı ilə “İdman ili” elan olunması, London Yay Olimpiya oyunlarına hazırlıq, Bakının 2020-ci il üçün Olimpiya və Paralimpiya oyunlarına namizəd şəhər olması barədə məlumat verib.
“Sevindirici haldır ki, Azərbaycan bu il ilk dəfə olaraq olimpiya oyunlarında velosiped, avarçəkmə idman növləri ilə də təmsil olunacaq. Biz eyni zamanda otüstü hokkey, açıq suda üzgüçülük, kamandan ox atma idman növlərindən də lisenziya gözləyirik. Atletika idman növündə də qazanılan qələbələri xüsusi olaraq vurğulamaq istərdim”.
Nazir fəaliyyət göstərən olimpiya komplekslərindən söz açaraq bildirib ki, bu il Cəlilabad və Qobustanda da Olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulur. 2013-cü ildə Şirvan, Xaçmaz, Qax, Göy-Göldə də Olimpiya komplekslərinin tikilməsinin planlaşdırılır, hal-hazırda ölkədə Olimpiya Futbol stadionunun, Gimnastika Kompleksinin, boks, cüdo, mərkəzlərinin tikintisi gedir: “Bu il ölkəmiz üçün sözün əsl mənasında önəmli ildir. Buna ən böyük misal kimi “Eurovision” mahnı müsabiqəsini, 17 yaşında qızlar arasında futbol üzrə dünya çempionatını, Bakının 2020 Olimpiya oyunlarına ev sahibliyi etməsi istiqamətində böyük addımlar atmasını, London Yay Olimpiya oyunlarına hazırlığı göstərə bilərəm.”
Qonaqlar öz növbəsində bu gün Azərbaycanda idmanın inkişafının göz önündə olduğunu, Olimpiya oyunlarında Azərbaycan idmançılarının daha böyük qələbələrə imza atdıqlarını, idmanla məşğul olan gənc nəsiln daha çox yetişdiyini xüsusi olaraq vurğulayıblar.
Qeyd edək ki, qonaqların ölkəmizə səfərində əsas məqsəd “İnkişaf Naminə İdman” İctimai Birliyinin təşkil etdiyi Azərbaycanda Beynəlxalq İdman Həyəcanı İrsinin iki illik yubileyinə qatılmaqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR