Tiflisdə Qafqaz filmləri festivalı keçiriləcək
24 mart 2012 20:19 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında Qafqaz filmləri festivalı keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir martın 26-31-dək Cənubi Qafqazda Böyük Britaniya səfirliyinin yardımı ilə baş tutacaq. Səfirlikdən verilən məlumata görə, 6 günlük festivalda 12 film nümayiş olunacaq.
Tiflis festivalı çərçivəsində Azərbaycan filmləri də göstəriləcək. Üzeyir Hacıbəyovun 1913-cü ildə çəkilmiş “Arşın mal-alan” və 2010-cu ildə İlqar Safatın rejissorluğu ilə Azərbaycan və Gürcüstanın istehsalı olan və Azərbaycan və Gürcüstan aktyorlarının iştirak etdiyi “Sahə” filmi də nümayiş etdiriləcək.
Böyük Britaniyanın Gürcüstandakı səfiri Cudit Qof jurnalistlərə açıqlamasında Qafqazın keçmişdə çəkilən özünəməxsus filmləri olduğunu vurğulayıb: «Qafqazda zəngin keçmiş və kino çəkmək təcrübəsi var. Bu rəngarəng regionda çox böyük rejissorlar və aktyorlar var. Regionda müxtəlif münaqişələr başlamamışdan əvvəl bu incəsənət xadimləri birlikdə məzmunlu incəsənət nümunələri yaradırdılar. Siz bunları Tiflis festivalı çərçivəsində görəcəksiniz. Bu festival nəinki istedadları və yaradıcı adamları üzə çıxardacaq, həm də müxtəlif ərazi münaqişələri haqqında real məlumat imkanı verəcək», deyə səfir Cudit Qof bildirib.

MDB
Ermənistanda Tavuş vilayətinin Kirants kəndinə giriş müvəqqəti məhdudlaşdırılıb
15:04
19 may 2024
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
10:59
19 may 2024
Rusiya MN: Belqorod üzərində “Toçka-U” raketi məhv edilib
03:19
19 may 2024
Putin Şimali Koreyaya səfər edəcək
23:21
18 may 2024