Azpromo yeni ofisə köçüb

Azpromo yeni ofisə köçüb
# 15 oktyabr 2012 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) yeni ünvana köçüb.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, hazırda qurumun ofisi Səbail rayonu, Neftçilər prospekti,44 ünvanında, Bakı Biznes Mərkəzində yerləşir.

Qeyd edək ki, bundan öncə Azrpomo-nun ofisi Həsən Abdullayev küçəsi,11-də yerləşirdi.

Xatırladaq ki, Azpromo 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələri daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR