BMT-nin baş katibi 19 avqust - Ümumdünya Humanitar Günü münasibəti ilə müraciət edib

BMT-nin baş katibi 19 avqust - Ümumdünya Humanitar Günü münasibəti ilə müraciət edib
# 16 avqust 2012 12:31 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. BMT-nin baş katibi Pan Ki Mun 19 avqust - Ümumdünya Humanitar Günü münasibəti ilə ictimaiyyətə müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, müraciətdə builki Ümumdünya Humanitar gününün İnsanlara Yardım edən İnsanlar fikrini daha da təbliğ etmək məqsədilə, dünyadakı bir milyard insanı bir araya gətirmək üçün tarixi bir məqam ifadə olduğunu vurğulanıb: “Bu gün humanitar yardım işində öz həyatlarını qurban vermiş kəslərin xatirələrini yad etmək üçün və ehtiyacı olanlara yardıma tələsərək ləyaqətli bir missiyanı çiyinlərində daşıyan şəxslərin səylərini qeyd etmək üçün ən yaxşı vasitədir. Bu cəsarətli səyləri özündə əks etdirən həmrəylik ruhu Ümumdünya Humanitar gününün qeyd olunmasını daha da canlandırır.
Mən bu ruhu dünyanın müxtəlif yerlərinə səyahətim zamanı ehtiyacı olanlara yardım etmək üçün öz rahatlıqlarını və evlərini tərk etmiş yardım işçiləri ilə tanış olduqca görmüşəm. Mən bu ruhu həmçinin bu ayın əvvəlində “Mən burada oldum” adlı mahnısını bizim daha yaxşı dünya naminə addım atmağı təbliğ edən qlobal kampaniyamıza hədiyyə edən dünya şöhrətli müğənni Beyonce Knowles ilə görüşərkən də müşahidə etdim. Milyonlarla insanlar öz dəstəklərini qeydiyyata almaq üçün və fəaliyyətlərini paylaşmaq üçün artıq bizim veb səhifəmizə daxil olublar. Qərbi Afrikada aclıq böhranının qarşısını almağa yönələn beynəlxalq səylərdən tutmuş Suriyadakı sıravi vətəndaşlara təcili yardıma qədər, bir qonşudan digərinə tək bir xeyirxah iş, İnsanlara Yardım Edən İnsanlar ruhu vəziyyəti hamı üçün yaxşılaşdırır. Gəlin Dünya Humanitar Yardım Gününə atdığımız xeyirxah addımları www.whd-iwashere.com ünvanında qeydə alaraq məna verək. Fərdi atılan addımlar kiçik görsənə bilər, lakin hamılıqla olduqda, bu addımlar daha yaxşı gələcək üçün durdurulmaz təkan yaradaraq bütün dünyaya səs salacaq”.

Qeyd edək ki, Ümumdünya Humanitar Yardım Günü 19 avqust 2003-cü ildə Bağdadda Cənal Otelində iyirmi iki nəfərin, həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı və İraqda BMT Baş katibinin Xüsusi Nümayəndəsi Sergio Viera de Mellonun ölümü ilə nəticələnən partlayışın ildönümü münasibəti ilə qeyd olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR