Vaqif Sadıqov AZAL futbol klubunun baş məşqçisi təyin edilib

Vaqif Sadıqov AZAL futbol klubunun baş məşqçisi təyin edilib
# 06 aprel 2012 09:41 (UTC +04:00)
Bakı – APA. AZAL-ın yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Vaqif Sadıqov “təyyarəçilər”in yeni çalışdırıcısı təyin olunub. Təyinat bu gün keçirilən klubdaxili iclasda reallaşıb. 2 illik müqavilə bağlayan Sadıqov hazırda komanda ilk məşqə çıxarıb. Onun köməkçisi Şakir Qəribovdur.

Qeyd edək ki, son olaraq “Anji”də çalışan Sadıqov ölkə daxilində sonuncu komandası olan “Neftçi”də də Qəribov köməkçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR