Dünya Bankının Azərbaycana investisiyaları azalıb

Dünya Bankının Azərbaycana investisiyaları azalıb
# 30 iyul 2012 12:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 50 401,6 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, DB tərəfindən yatırılan investisiyanın həcmi əvvəlki ilin analoji ayına nisbətən 2,1 dəfə azalıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində DB-nın investisiyalarının xüsusi çəkisi 3,9% təşkil edib.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank 53 layihənin icrasına Azərbaycana 2,969 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR