Üsamə bin Ladenin Pakistanda yaşayan ailə üzvləri Səudiyyə Ərəbistanına deportasiya olunub

Üsamə bin Ladenin Pakistanda yaşayan ailə üzvləri Səudiyyə Ərəbistanına deportasiya olunub
# 27 aprel 2012 07:14 (UTC +04:00)
Bakı – APA. Ötən ilin may ayında öldürülən Üsamə bin Ladenin Pakistanda yaşayan ailə üzvləri Səudiyyə Ərəbistanına deportasiya olunub. APA-nın xəbərinə görə, bu barədə “DawnNews” telekanalı məlumat yayıb. Bin Laden ailəsi aprelin 27-nə keçən gecə İslamabaddan xüsusi reyslə Səudiyyə Ərəbistanına yola salınıb. Daha əvvəl mətbuat ailənin 12 nəfərdən ibarət olduğunu xəbər vermişdi: Bin Ladenin 3 dul arvadı, 8 uşağı və 1 nəvəsi. Lakin Pakistan Daxili İşlər Nazirliyindən bildirilib ki, deportasiya sənədləri Üsamə bin Ladenin 14 ailə üzvünün adına hazırlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR