İranda azərbaycanlı şairənin məhkəməsi keçirilib

İranda azərbaycanlı şairənin məhkəməsi keçirilib
# 24 fevral 2012 04:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda azərbaycanlı yazıçı, şairə, qadın haqları müdafiəçisi Fəranək Fəridin məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, işə Təbriz İnqilab Məhkəməsində baxılıb. Prosesdə ona dəstək məqsədilə bir neçə azərbaycanlı yazıçı və şairə, qadın haqları müdafiəçisi, xanım vəkillər də iştirak edib. Fəranək Fərid yazdığı məqalələr, verdiyi müsahibələr və ölkə xaricində konfranslarda iştirak etdiyinə görə sistemin əleyhinə təbliğat aparmaqda və kompyuterində olan bəzi şəkillərə görə İranın ali dini lideri, Seyid Əli Xamneyini təhqir etməkdə günahlandırılır. Azərbaycanlı şairə bir müddət əvvəl ümumi asayişi pozmaq ittihamı ilə mühakimə olunsa da, məhkəmə qərarı hələlik açıqlanmayıb. Qeyd edək ki, Fəranək Fərid 2011-ci il sentyabrın 3-də Təbriz şəhərində Urmiya gölünün qurumasınan İran hökumətinin laqeyd münasibətinə etiraz əlaməti olaraq keçirilən kütləvi etirazlar zamanı həbs olunub və 41 gün təcridxanada saxlanıldıqdan sonra sərbəst buraxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR