ATƏT-in Bakı Ofisinin rəhbəri: “Son 20 ildə ATƏT ilə Azərbaycan arasında əlaqələrin inkişafında böyük dəyişikliklər var” - FOTO

ATƏT-in Bakı Ofisinin rəhbəri: “Son 20 ildə ATƏT ilə Azərbaycan arasında əlaqələrin inkişafında böyük dəyişikliklər var” - <font color=red>FOTO</font>
# 14 aprel 2012 07:00 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay jurnalistlərə açıqlamasında deyib. Səfirin sözlərinə görə, bu irəliləyiş əsasən Azərbaycanla bağlıdır.

“1992-ci illə müqayisə etsək, Azərbaycanda böyük inkişafın şahidi olarıq. Buna paralel olaraq ATƏT ilə Azərbaycan arasında ikitərəfli əlaqələrdə mühüm irəliləyiş əldə olunub. Azərbaycan ATƏT-in fəaliyyətinə vacib töhfə verir. Hər il təqribən 80-90 layihə həyata keçirilir. Hazırda isə 2013-ci il üçün həyata keçiriləcək birgə layihələrin hazırlanması istiqamətində müvafiq iş aparılır və gələn həftə Vyanaya göndərilməsi gözlənilir. Bütün bu layihələrin həyata keçirilməsində Azərbaycanla birgə əməkdaşlıq mövcuddur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR