Əfqanıstanda dəfn mərasimində partlayış olub, 25 nəfər ölüb

Əfqanıstanda dəfn mərasimində partlayış olub, 25 nəfər ölüb
# 04 sentyabr 2012 16:33 (UTC +04:00)
Bakı – APA. Əfqanıstanın Nanqarhar əyalətinin Durbaba yaşayış məntəqəsində yerli ağsaqqalın dəfni zamanı partlayış baş verib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 25 nəfər ölüb, 35 nəfər yaralanıb. Partlayışı terrorçu-kamikadze törədib. Terrorçunun bölgənin rəhbəri Hamişa Gülü hədəf aldığı güman olunur. Vəfat edən ağsaqqal onun qohumudur. Hadisədə H. Gülün yaralandığı bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR