«Muğan Bank»ın aktivləri son bir ildə 14% artıb

«Muğan Bank»ın aktivləri son bir ildə 14% artıb
# 30 oktyabr 2012 09:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il oktyabrın 1-nə 262,341 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın məcmu kapitalı 29% artaraq 39,738 mln. manata, o cümlədən nizamnamə kapitalı 27,2% artaraq 28,306 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın cəmi müştərilərinin sayı 36,4% artaraq 75 236, o cümlədən fiziki şəxslərin sayı 37% artaraq 69 644, hüquqi şəxslərin sayı isə 27% artaraq 5 592 olub. Həmçinin, bankın aktiv plastik kartlarının sayı 26% artaraq 10 534-ə, o cümlədən debet kartlarının sayı 28% artaraq 9 566-ya, kredit kartlarının sayı isə 7% artaraq 968-ə çatıb.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 30 filialı, 51 bankomatı, 659 POS-terminalı və 576 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR