ABŞ-da qazın qiyməti 10 illik minimuma enib

ABŞ-da qazın qiyməti 10 illik minimuma enib
# 11 aprel 2012 07:58 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-da qazın qiyməti 10 illik minimuma enib. “APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, buna ölkənin şərq sahillərində temperaturun artacağı barədə proqnozlar səbəb olub.

Gələn həftə Filadelfiyada temperatur 16 dərəcədən aşağı düşməyəcək. Sent-Luisdə havanın temperaturu 21 dərəcə olacaq. bununla əlaqədar ekspertlər 11-17 aprel tarixlərində istiliyə tələbatın normadan 125 aşağı olacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, bu ilin əvvəlindən ABŞ-da qaz 32% ucuzlaşıb. Ölkədə evlərin 51%-i qazla qızdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR