«NBC Bank» tibb işçiləri üçün yeni kredit kampaniyasına başlayıb

«NBC Bank» tibb işçiləri üçün yeni kredit kampaniyasına başlayıb
# 06 iyun 2012 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «NBC Bank» ASC 17 iyun -Tibb işçilərinin peşə bayramı günü münasibətilə yeni kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin iyun ayının 1-dən 30-dək xüsusi olaraq tibb işçiləri üçün verilən kreditlərdə faizlər və bank xərclərində güzəşt tətbiq edəcək.

Kampaniya ərzində kredit götürən tibb işçilərinə bank tərəfindən bütün kredit məhsulları üzrə illik faizlərdə 2%, bank xərclərində isə 50% endirim tətbiq olunacaq.

Xatırladaq ki, «NBCBank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR