AŞPA Monitorinq Komitəsinin sədri: “Bakının cavabını gözləyirik”

AŞPA Monitorinq Komitəsinin sədri: “Bakının cavabını gözləyirik”
# 02 oktyabr 2012 16:24 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib.

İclasda Azərbaycanla bağlı məsələlər də müzakirə edilib. Monitorinq Komitəsinin sədri Andres Herkel APA-nın Avropa bürosuna bildirib ki, komitənin bugünkü iclasında Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icra vəziyyətinə dair hesabatın hazırlanması ilə bağlı müzakirələr olub: «Biz sentyabrın əvvəllərində hesabatımızı Azərbaycan tərəfinə yollamışıq və indi Bakıdan cavab gözləyirik. Prosedura görə, Azərbaycanın cavab üçün 3 ay vaxtı var. Ümid edirəm ki, biz hesabatı AŞPA-nın yanvar sessiyasında artıq müzakirəyə çıxara biləcəyik. Buna görə də, hesabatla bağlı əsas müzakirələrimiz komitəmizin dekabr ayındakı iclasında aparılacaq».

A. Herkel bugünkü iclasda Ramil Səfərov məsələsinə dair müzakirələrin də aparıldığını söylədi: «Bu məsələni ətraflı olmasa da, bu və ya digər formada hesabata salınması haqda da fikir mübadiləsi apardıq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR