Moskva meriyası Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyevin mer Sergey Sobyaninə müraciətini şərh edib

Moskva meriyası Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyevin mer Sergey Sobyaninə müraciətini şərh edib
# 14 sentyabr 2012 10:16 (UTC +04:00)
Bu barədə APA-nın Moskva müxbirinə meriyadan bildirilib. Meriayadan o da deyilib ki, “Erməni gənclər assosiasiyası” 10 gün bundan qabaq meriyaya aksiya keçirməklə bağlı müraciət edib: “Meriya müraciətə baxaraq, qanun çərçivəsində mitinqin keçirməyinə razılıq verib. Mitinq keçiriləcək ərazidə insanların təhlükəsizliyini təmin etmək üçün şəhər polisi səfərbər ediləcək”.

Moskva meriyası Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyevin mer Sergey Sobyaninə müraciətini də şərh edib: “ÜAK prezidenti tərəfindən bizə dünən müraciət olunub. Erməni təşkilatı isə mitinq keçirməklə bağlı 10 gün qabaq müraciət edib. Biz də onların müraciətinə bir neçə gün ərzində baxıb, müvafiq qərar vermişik”.

Qeyd edək ki, bu gün saat 13.00-da Moskvanın “Krasnopresnya zastavası” meydanında “Moskva erməni gənclər Assosiasiyası” və “Rus-Erməni “Birliyi” təşkilatı tərəfindən azərbaycanlı zabit Ramil Səfərovun Macarıstan hakimiyyəti tərəfindən ekstradisiyası ilə bağlı etiraz aksiyası keçirəcəklər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR