Əli Həsənov: “Hal-hazırda Azərbaycan-İran münasibətləri normal səviyyədədir”

Əli Həsənov: “Hal-hazırda Azərbaycan-İran münasibətləri normal səviyyədədir”
# 13 sentyabr 2012 17:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Hal-hazırda Azərbaycan-İran münasibətləri normal səviyyədədir. Keçmişdə, xüsusilə də “Eurovision” ərəfəsində İranın bəzi dairələrinin apardığı anti-Azərbaycan kampaniyası fonunda kəşkinləşmiş münasibətlər aradan qalxmaqdadır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.

O bildirib ki, bu münasibətlərin normallaşması artıq öz təzahürünü göstərir: “Həm İran, həm Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətləri bundan sonra mehriban qonşuluq, dostluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində davam etdirməyə hazır olduqlarını bəyan ediblər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR