BFB-də 1 mln. manatlıq dövlət istiqrazları yerləşdirilib

BFB-də 1 mln. manatlıq dövlət istiqrazları yerləşdirilib
# 07 sentyabr 2012 15:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104023368 saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, sifariş 1 investor tərəfindən təqdim olunub.

Sifarişin nominal üzrə ümumi məbləği 1 mln. manat təşkil edib. Sifariş 96,40% (gəlirlik 3,74 %) qiymətində təqdim edilib. İstiqraz vərəqələrinin rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 96,40%, orta ölçülmüş qiymət 96,40% səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 mln. manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 2013-cü ilin sentyabrın 6-dır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR