Mixail Saakaşvili Bidzina İvanişvilinin Gürcüstan vətəndaşlığını bərpa edib

Mixail Saakaşvili Bidzina İvanişvilinin Gürcüstan vətəndaşlığını bərpa edib
# 16 oktyabr 2012 15:18 (UTC +04:00)
Bakı – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir vəzifəsinə namizəd Bidzina İvanişvilinin Gürcüstan vətəndaşlığını bərpa edib. APA-nın Gürcüstan xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, dövlət başçısı bu haqda xüsusi fərman imzalayıb. B. İvanişvili Fransa vətəndaşlığından çıxdıqdan dərhal sonra fərman qüvvəyə minəcək.

Qeyd edək ki, iş adamı Fransa vətəndaşı olduğunu etiraf etdikdən sonra ötən ilin sonunda Gürcüstan vətəndaşlığından məhrum edilib. Lakin daha sonra o, Fransa vətəndaşlığından imtina etdiyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR