Lənkəranda yol qəzasında bir nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında bir nəfər xəsarət alıb
# 23 aprel 2012 13:26 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında şəhərin Qala Xiyabanı ilə Mir Mustafa Xan küçəsindəki yol ayrıcında qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, şəhər sakini Azər Azad oğlu Verdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomaşın onun həmyerlisi Rəşad Mühəndis oğlu Məcidovun idarə etdiyi eyni markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomaşına ciddi ziyan dəyib, sürücü Azər Verdiyev isə sağ gözaltı nahiyənin əzilmiş yarası diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) travmatologiya şöbəsinə yerləşdirilib. MRX-dən APA-nın yerli bürosuna verilən məlumata görə, A.Verdiyevə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digər sürücü R. Məcidov xəsarət almayıb.

Hadisə yerində olan Lənkəran Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının ilkin versiyasına görə, qəzaya yüksək sürət və dönmə əməliyyatının düzgün aparılmaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR