Bu ilin 8 ayında Azərbaycanda 915 qida zəhərlənməsi baş verib

Bu ilin 8 ayında Azərbaycanda 915 qida zəhərlənməsi baş verib
# 05 oktyabr 2012 12:41 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu ilin 8 ayı ərzində sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 709 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma bölməsinin müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, 251 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 283 nəfərin işdən müvəqqəti kənarlaşdırılması haqqında təqdimat verilib.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 7945, mikrobioloji göstəricilərinə görə 6259, toksikoloji göstəricilərinə görə 1836, radioloji göstəricilərinə görə 165 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 83-də orqanoleptik və fiziki-kimyəvi, 1221-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub.

Hesabat dövründə əhali arasında 915 qida zəhərlənməsi hadisəsi baş verib, bundan 1039 nəfər zərərçəkən olub. Zəhərlənmə hadisələrinin 11 botulizm hadisəsi olub, bundan 19 nəfər zərər çəkib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR