«Lufthansa» şirkətinin təyyarə bələdçiləri daha bir tətil aksiyası keçirəcəklər

«Lufthansa» şirkətinin təyyarə bələdçiləri daha bir tətil aksiyası keçirəcəklər
# 04 sentyabr 2012 01:20 (UTC +04:00)
Bakı-APA.Bu gün Almaniyanın “Lufthansa” şirkətinin təyyarə bələdçiləri tətil aksiyası keçirəcəklər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərinə görə,
Almaniyanın UFO həmkarlar ittifaqı bildirib ki, Berlinin Tiqel hava limanında aksiya yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 08:00-da) başlayacaq və saat 13:00-a (Bakı vaxtı ilə 16:00-a) qədər davam edəcək.
“Lufthansada” çalışan 19 min stüardessa və stüardlar maaşların 5% atmasını tələb edirlər. UFO-nun şirkət rəhbərliyi ilə danışıqlar bir nəticə verməyib.
Xatırladaq ki, “Lufthansa” təyyarə bələdçiləri avqustun 31-də Frankfurt-Mayn hava limanında tətil keçiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR