Yasamalda 3 nəfər bıçaqlanıb

Yasamalda 3 nəfər bıçaqlanıb
# 18 sentyabr 2012 09:30 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakının Yasamal rayonunda üç nəfər bıçaqlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 11-də Teymur Babayev, Eldar Babayev və Mahir Bəşirova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçan Bakı şəhər sakini Emil Həziyev tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR