Sabirabadda oğurluqla məşğul olan şəxslər tutulub

Sabirabadda oğurluqla məşğul olan şəxslər tutulub
# 01 mart 2012 09:13 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı – APA. Azərbaycanın Sabirabad rayonunda oğurluqla məşğul olan şəxslər yaxalanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini Rauf Məcidov məlumat verib. Polisin keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, rayon sakinləri Peyman Nəcəfqulu oğlu Quliyev, Mikayıl İsrafil oğlu Balakişiyev və Kamal İltifat oğlu Babayev rayonun Ulacalı kənd sakini Füzuli Məmmədova məxsus mağazadan oğurluq edib. İlkin istintaq zamanı onların müxtəlif vaxtlarda mağazalardan oğurluq etdikləri məlum olub.
Polisin keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində bir qrup mal-qara oğrusu yaxalanıb. Bunlar Sabirabad sakini Mübariz Safan oğlu Əliyev, Sabirabad şəhərində məskunlaşmış Füzuli rayon sakinləri Elçin, Elvin Vəliyev qardaşlarıdır. Onlar Sabirabad şəhər sakini Əlibayram Mustafayevə məxsus tövlədən ümumi dəyəri 2 min manat olan 18 baş xırdabuynuzlu heyvanı oğurlayıblar. İstintaq zamanı dəstə üzvlərinin uzun müddət oğurluqla məşğul olmaları da bəlli olub. Hazırda dəstə üzvlərinin rayon ərazisində, eləcə də digər yerlərdə oğurluq etmələri barədə əməliyyat-istintaq tədbirləri aparılır. Adı çəkilən şəxslər həbs olunub.
Hər iki faktla bağlı rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR