Bu ilin birinci rübündə dünya aviaşirkətləri 1 mlrd. dollar zərərə uğrayıb

Bu ilin birinci rübündə dünya aviaşirkətləri 1 mlrd. dollar zərərə uğrayıb
# 05 iyul 2012 08:34 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin birinci rübündə dünya aviaşirkətləri irihəcmli zərərə uğrayıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) açıqlama yayıb.

Təşkilatın hesablamalarına əsasən, 2012-ci ilin yanvar-mart aylarında 55 nəhəng aviaşirkətin məcmu zərəri 1 mlrd. dolları ötüb. Halbuki ötən ilin müvafiq dövründə 17 mln. dollar xalis mənfəət əldə olunub.

Bu ilin əvvəlində neftin qiymətinin yüksək olması aviaşirkətlərin maliyyə göstəricilərinə ciddi təsir edib. Lakin ikinci rübdə neftin təxminən 30 dollar ucuzlaşması sahəyə yanacaq təzyiqini azaldıb.

Hesabat dövründə daha çox zərərə uğrayan Avropa və Asiya aviaşirkətləri olub. ABŞ aviaşirkətləri isə yüksək səviyyədə - 518 mln. dollar mənfəət əldə edib.

IATA may ayının yekunlarına əsasən bütün dünyada aviadaşımalara tələbatın azaldığını bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR