Azərbaycan paytaxtında yaşayış evində partlayış baş verib, 8 nəfər xəsarət alıb

Azərbaycan paytaxtında yaşayış evində partlayış baş verib, 8 nəfər xəsarət alıb
# 08 fevral 2012 09:27 (UTC +04:00)
Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gecə saat 03.30 radələrində qeydə alınıb. Yasamal rayonu ərazisində yaşayan Elşən Şahbazovun evində təbii qazın sızmasından yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin qapı və pəncərələri dağılıb, evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri almış E. Şahbazov, bacısı Gülnarə, oğlanları Azər, Almaz, qohumları - Şəfiqə Şahbazova, Rəşadə Şahbazova, habelə qonşuları - Şamo Zamanov və onun qızı Səadət Həsənova xəstəxanaya yerləşdiriliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR