DSX zabitləri üçün inşa edilən yaşayış binaları mayın 1-dən “Eurovision” mahnı müsabiqəsinin İşçi qrupuna veriləcək

DSX zabitləri üçün inşa edilən yaşayış binaları mayın 1-dən “Eurovision” mahnı müsabiqəsinin İşçi qrupuna veriləcək
# 16 aprel 2012 13:45 (UTC +04:00)
Bununla bağlı Sərhəd Qoşunları ilə danışılıb”. APA-nın xəbərinə görə, bunu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi üzvlərinin bu gün keçirdikləri mətbuat konfransında bildirib.

A. Ələkbərov deyib ki, Dövlət Sərhəd Xidmətinin (DSX) zabitləri üçün inşa edilən yaşayış binaları sentyabr ayında təmirsiz şəkildə istifadəyə verilməli idi: “İndi isə bu evlər tam şəkildə, texniki və ev avadanlığı ilə təmin olunmuş şəkildə zabitlərə paylanacaq. Halbuki bu evlər təmirsiz şəkildə sentyabrda zabitlərin istifadəsinə verilməli idi”.

Bildirilib ki, Bakının Nərimanov rayonunda yerləşən bu bina "Apartmant" adı altında istifadəyə veriləcək. Bu məkan müsabiqə fanatları üçün daha ucuz və sərfəli qiymətə olacaq.

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti də mətbuatda sərhədçi zabitlər üçün inşa olunan mənzillərin “Eurovision” mahnı yarışması üçün xarici qonaqların istifadəsinə veriləcəyi barədə yayılan məlumatı təsdiqləyib. Bir neçə gün əvvəl DSX-dan APA-ya verilən məlumatda bildirilib ki, müsabiqə ərəfəsində Bakıya gələcək qonaqların çoxluğu ilə əlaqədar, istifadəyə hazır olan bu yaşayış kompleksi müvəqqəti olaraq xarici qonaqların istifadəsinə veriləcək. Yarışma başa çatdıqdan sonra isə həmin lüks mənzillər ən müasir otellər səviyyəsində təchiz olunmuş formada zabitlərə paylanacaq.

“Eurovision”la əlaqədar olaraq kompleksdə böyük yeməkxana, əyləncə mərkəzi və s. imkanlar yaradılacaq. DSX-dan verilən məlumata görə, hazırda binadakı mənzillərdə təmir işləri aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR