Nazirlər Kabineti daha bir tibb müəssisəsinə transplantasiya əməliyyatları aparmağa icazə verib

Nazirlər Kabineti daha bir tibb müəssisəsinə transplantasiya əməliyyatları aparmağa icazə verib
# 01 avqust 2012 13:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na daha bir müəssisənin adını əlavə edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, Respublika Müalicəvi Diaqnostika Mərkəzində ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, gözün buynuz qişası, sümük iliyi transplantasiyasının həyata keçirilməsinə icazə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR