Azərbaycanda dolların birja məzənnəsi apreldə 0,03% enib

Azərbaycanda dolların birja məzənnəsi apreldə 0,03% enib
# 04 may 2012 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Aprel ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,03% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7857 AZN-dən 0,7855 AZN-dək enib. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi aprel ayında 0,7856 AZN-ə bərabər olub.

Xatırladaq ki, aprel ayında BBVB-nin valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 12 bankın iştirakı ilə 42,752 mln. manat və ya dollar ekvivalentində 54,409 mln. həcmində 39 alqı-satqı əqdi qeydə alınıb. Bu isə mart ayı ilə müqayisədə 49% azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR