® Bakıda yeni konsepsiyalı “fresco” supermarket açılacaq

<font color=red>® </font>Bakıda yeni konsepsiyalı “fresco” supermarket açılacaq
# 03 avqust 2012 08:06 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, “fresco” müasir Avropa standartlarından geri qalmayan, hətta bəzi aspektlərdə onu qabaqlayan ən yeni pərakəndəçilik texnologiyalarının tətbiqi ilə yaradılıb. Onlar aşağıdakılardır:

- Mağaza daxili zonalanmanın intuitiv anlaşılması;
- Məhsulların merçandayzinqi alıcılara lazım olan məhsulları qısa müddətdə tapmağa şərait yaradır;
- Ticari zaldakı xoş ab-hava alıcılara alış-verişdən zövq almağa imkan verir;
- Məhsulların keyfiyyətli saxlanılmasına imkan verən avadanlıqlar.

Məhz buna görə “fresco”nun devizi - “Ən yaxşısı Sizin üçün!”dür. Bu, ən yaxşı təravət, ən yaxşı seçim, ən yaxşı qiymətlər və əlbəttə, ən yaxşı xidmətdir.

“fresco”nun çeşid siyahısına 12 000 addan çox mal daxildir. Burda hər şey tapmaq olar - təzəcə bişmiş çörək və şirniyyatlar, tər meyvə-tərəvəz, təzə ət, təzə balıq, delikateslər, elit şərablar, konyaklar, həmçinin, evdə və məişətdə istifadə olunacaq digər məhsullar. Supermarketin çeşidləri istər qurmanlar, istərsə də geniş seçim arzusunda olan, həmçinin aldığı məhsulun keyfiyyətinə əmin olmaq istəyən insanlar üçün nəzərdə tutulub. Bütün məhsullar xüsusi diqqətlə seçilib və dadına baxılıb. Əgər Azərbaycan bazarında öz kateqoriyasında yaxşı məhsul varsa, o mütləq “fresco” supermarketdə olacaqdır. “fresco”nun konsepsiyası çox sadədir: İlk növbədə bu, ən dadlı və təzə qidadır! “fresco”nun loqotipi və rəng çalarları da təzəliyi, həyatı, sağlamlığı və əlbəttə, təbiiliyi ehtiva edir.

“fresco” nəfis məhsulları dəyərləndirən hər bir kəsi, onu ziyarət etməyə çağırır.

Qeyd edək ki, supermarket Bakı ş. Nəsimi r-nu, S.Rəhimov küçəsi-179a ünvanında SMİLE CİTY ticarət mərkəzində yerləşir. Ümidvarıq ki, yararlı ticarət sahəsi 11,5 min kv. m-dən çox olan SMİLE CİTY asudə vaxtını daha səmərəli keçirmək istəyənlər üçün sevimli yer olacaq.

Xatıqladaq ki, “fresco” Bakı şəhəri bazarında 2010-cu ildən fəaliyyət göstərən, 12 mağazaya sahib “Azeri Retail” MMC-yə məxsusdur. 2012-ci ilin sonuna kimi şirkət “fresco” brendi altında daha 2 supermarket açmağı planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR