Azərbaycan mütəxəssisləri Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi proqramı çərçivəsində ərazi kəşfiyyatı aparıblar

Azərbaycan mütəxəssisləri Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi proqramı çərçivəsində ərazi kəşfiyyatı aparıblar
# 21 may 2012 12:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi proqramı çərçivəsində ərazi kəşfiyyatı aparıblar. Bu barədə APA-ya ANAMA-nın mütəxəssisi Pərviz Gidayev məlumat verib.

ANAMA nümayəndəsinin sözlərinə görə, Azərbaycan mütəxəssisləri türkiyəli tərəfdaşları ilə bərabər 15 gün ərzində Türkiyədə Mərdin, Şanlı Urfa və Qaziantep vilayətlərində Suriya ilə sərhədin müxtəlif sahələrində kəşfiyyat-tədqiqat aparıb. Ərazi kəşfiyyatının nəticələrinə uyğun olaraq, tender təklifləri hazırlanacaq və qiymətlər müəyyənləşdiriləcək.

Tenderdə iştiraka buraxılmış şirkətlər tender sənədlərini və təkliflərini iyunun 14-dək Türkiyə Milli Müdafiə Nazirliyinə təqdim etməlidirlər.

Qeyd edək ki, 911 km uzunluğunda Türkiyə-Suriya dövlət sərhədinin minalardan təmizlənməsi üçün 6 sahəyə ayrılsa da, ərazi problemləri ilə əlaqədar olaraq tenderə 4 sahə (138,75 km, 126,7 km, 99,5 km və 162,45 km olmaqla) çıxarılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR