Milli komandamız FİFA reytinqində 110-cu pilləyə yüksəlib

Milli komandamız FİFA reytinqində 110-cu pilləyə yüksəlib
# 11 aprel 2012 10:05 (UTC +04:00)
Bakı – APA. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması son reytinqlə müqayisədə 6 pillə irəliləyib.

Bu müddətdə oyun keçirməyən millimiz 305 xalla 110-cu yerdə qərarlaşıb. Millimiz Avropada 45-ci pillədə yer alıb.

Qeyd edək ki, son Avropa və dünya çempionu olan İspaniya yığması 1442 xalla liderliyini davam etdirib. Hollandiya millisini 2-ci pillədə Almaniya (1345) yığması əvəzləyib. Uruqvay millisi 1309 xalla 3-cü yerə çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR