® “Zəfəran” apteklər şəbəkəsində təqaüdçülərə tonometrlərə güzəştlər edilib - FOTO

<font color=red>® </font>“Zəfəran” apteklər şəbəkəsində təqaüdçülərə tonometrlərə güzəştlər edilib - <font color=red>FOTO </font>
# 12 oktyabr 2012 11:32 (UTC +04:00)
Şəbəkədən “APA-Economics”ə verilən xəbərə görə, bu münasibətlə şəhərin bir neçə Zəfəran apteklərində yaşlı əhalinin arterial təzyiqinin ölçülməsi ilə bağlı aksiya keçirilib.

Hədiyyə qismində təqaüdçülərə, həmçinin Avropada məşhur olan Almaniyada istehsal edilmiş Boso tonometrlərinə 10% həcmində güzəşt təklif edilib.

Qeyd edək ki, “Zəfəran” apteklər şəbəkəsində yaşlı əhalinin arterial təzyiqinin ölçülməsi ilə bağlı aksiya artıq ikinci dəfə keçirilir. İlk aksiya aprelin 7-də Sağlamlıq günündə keçirilmişdir. Alıcıların bu növ xidmətlərə böyük tələbatını nəzərə alaraq “Boso” markasının Azərbaycanda eksklüziv nümayəndəsi daimi olaraq və tamamilə pulsuz Zəfəran apteklər şəbəkəsinin alıcılarına təzyiqi ölçməyi planlaşdırır.
Xatırladaq ki, “Zəfəran” 2008-ci ilin dekabr ayında yaradılmış, Bakıda və Azərbaycanın regionlarında fəaliyyət göstərən müasir apteklər şəbəkəsidir. Hazırda “Zəfəran” apteklər şəbəkəsi Azərbaycanın 25 şəhərində mövcuddur və buraya 60-dək aptek daxildir. Müxtəlif imkanlı və müxtəlif gəlirləri olan alıcıların geniş dairəsi üçün nəzərdə tutulan apteklər şəbəkəsi aparıcı xarici istehsalçıların 10 000-dən artıq çeşidini təklif edir. “Zəfəran” Azərbaycan Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş yalnız sertifikatlaşdırılmış əczaçılıq məhsulları ilə işləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR