Xəzərin Azərbaycan sektorunda yeni platforma quraşdırılacaq

Xəzərin Azərbaycan sektorunda yeni platforma quraşdırılacaq
# 07 fevral 2012 15:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Neft Daşları» yatağında hasilatın artırılması məqsədilə yeni platforma quraşdırılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, yataqda daha bir stasionar dəniz özülünün inşası üçün ARDNŞ-ın «Azneft» İstehsalat Birliyinin sifarişi əsasında «Neftqazelmitədqiqatlayihə» İnstitutu tərəfindən layihələndirmə işlərinə start verilib.

Platforma 14 quyunun qazılması üçün inşa ediləcək ki, platforma dənizin 18 metr dərinliyində quraşdıracaq. Özül 36 nəfərlik yaşayış bloku, vertolyot meydançası, 12 tonluq qaldırıcı qurğu və digər zəruri avadanlıqlarla təchiz olunacaq. Layihələndirmə işlərinin 2012-ci ilin sonuna kimi başa çatdırılacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR