Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 01 oktyabr 2012 10:16 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 25-55, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.

Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 92 kubmetr/saniyə, ongünlük normanın 57 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 5 santimetr azallb. Məntəqədə su sərfi 61 kubmetr/saniyə olmaqla, ongünlük normanın 64 faizi qədərdir.

Kür çayının aşağı axınında isə suyun səviyyəsində artım müşahidə olunub. Çayının Surra məntəqəsində 5, Şirvanda 20, Araz çayının Novruzlu məntəqəsində 10 santimetr artım, Salyanda 5, Bankədə isə suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 342, Şirvanda 205, Salyanda 170, Bankədə 202, Araz çayının Novruzlu məntəqəsində isə 170 santimetr təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR